Azərbaycanın sığorta bazarı 12%-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı 12%-dən çox böyüyüb
15:42 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 504,235 mln. manat sığorta haqqı toplanılıb.
"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.
11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 5,9% artaraq 230,88 mln. manat təşkil edib.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,8 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,6 manat olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-sigorta-bazari-12-den-cox-boyuyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR