Musiqili Teatrında həftəsonu nümayiş olunacaq tamaşalar açıqlanıb

Musiqili Teatrında həftəsonu nümayiş olunacaq tamaşalar açıqlanıb
16:02 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu müxtəlif tamaşalar nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən "Report"a  bildirilib ki,  22, 23, 24 dekabr tarixlərində saat 19:00-da “Silva” (İ. Kalman), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşaları təqdim olunacaq.
Səhnə əsərlərində xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Marina Litvinenko, Firuz Məmmədov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Rauf Babayev, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Telnaz Hüseynova, Əliməmməd Novruzov, Yuliya Heydərova, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov,Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşovvə başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçıları üçün 22 dekabr saat 19:00-da İmre Kalmanın “Silva” iki hissəli operettası nümayiş olunacaq.
6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/musiqili-teatrinda-heftesonu-numayis-olunacaq-tamasalar-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR