Gömrükdə pirotexniki vasitələr müsadirə edildi

Gömrükdə xeyli sayda pirotexniki vasitələr müsadirə edilib.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin arxa oturacağının altında və baqajın xüsusi düzəldilmiş gizli saxlanc yerində 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Bundan başqa, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində 355 ədəd pirotexniki vasitə aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

DİN: 7 min manatlıq alüminium oğurlayan şəxslər - Yaxalandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR