Aytən Səfərovadan müğənnilərə SƏRT İRAD: “Gah əri bölüşdürə bilmirlər, gah da...”

Aytən Səfərovadan müğənnilərə SƏRT İRAD: “Gah əri bölüşdürə bilmirlər, gah da...”
16:23 18 Dekabr 2017
326 Şou
Ölkə mətbuatı
A- A+

“Müğənnilər, bəsdir bir-birinizə təhqirlər yağdırdınız. Ayıbdır!”

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Aytən Səfərova feysbuk səhifəsində yazıb.

O, son zamanlar şou-biznesdə gedən qalmaqallara münasibət bildirərək onları həmrəy olmağa səsləyib:

“Təranə Qumral, Nazənin, Röya, Nigar, İradə, Tolik, Rəhim, vallah böyüyən nəslə örnək olmaq, həmrəy olmaq əvəzinə bir-birinizi "qırırsınız". Kənardan bu, çox pis görünür. Hər birinizin ayrı-ayrılıqda hörmətiniz, on minlərlə pərəstişkarınız var. Onların arasında mənim qızım kimi yeniyetmələr də mövcuddur. Hansı saytı açırsan, gah əri bölüşdürə bilməyiblər, gah paltar söhbəti gedir, gah biri digərindən şou-biznesdə üstün olmasını nümayiş etdirib öz eqosunu sakitləşdirir və s. Bir-birinizə düşmən kəsilməyin. Bir düşmənimiz var – mahnılarımızı özününküləşdirən erməni. Böyüklüyünüzü göstərin. Qarşıdan həmrəylik günü gəlir...”

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/224730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR