“FM” radiosundan imtina edən ilk ölkə hansıdır?

“FM” radiosundan imtina edən ilk ölkə hansıdır?
16:35 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Norveç dünyanın “FM” radioyayımından tam imtina edərək rəqəmli radioya keçən ilk ölkəsi olub.  

“ICTnews” Elektron Xəbər Xidməti “RG.RU” resursuna istinadən yazır ki, dekabrın 13-də ölkənin şimal regionları, o cümlədən Svalbard arxipelağı (Şpisbergen) rəqəmli radioyayıma keçən sonuncu ərazilər kimi tarixə düşüb.  

Bildirilir ki, səsin keyfiyyətini yaxşılaşdırmağa imkan verən yeni yayım formatı çoxlu kanal və funksiyalar təmin edir. Norveç hökumətinin qiymətləndirməsinə görə, rəqəmli radioyayım üçün xərclər “FM” radiosu ilə müqayisədə 8 dəfə az olacaq.

Keçid hələlik yalnız milli radio kanallarına şamil edilib və əksər yerli radiostansiyalar yayımı əvvəlki formatda davam etdirir.

Yaxın illərdə, həmçinin İsveçrə, Böyük Britaniya və Danimarkanın “FM” radiosundan imtina edərək rəqəmli radioya keçəcəyi gözlənilir.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-51893-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR