Azərbaycan gömrükçüləri daha 450 qutu pirotexniki vasitə aşkar edib

Azərbaycan gömrükçüləri daha 450 qutu pirotexniki vasitə aşkar edib
16:37 18 Dekabr 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keşirilib. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının altında və baqajın xüsusi düzəldilmiş gizli saxlanc yerində 450 qutu pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-daha-450-qutu-pirotexniki-vasite-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR