“İtirilmiş” və “şöhrətləndirilmiş” nəsillər

“İtirilmiş” və “şöhrətləndirilmiş” nəsillər
16:38 18 Dekabr 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Bəşəri həqiqətlər nağıllarda, ideoloji gerçəkliklər uşaq ədəbiyyatında gizlənir. Məsələn, divin ağılsızlığına və Cırtdanla dostlarının hiyləgərliyinə aid bir nümunə deyim; okeanın o tayında şirkətlər pul buraxıb qara camaatın səsi ilə Trampı prezident seçdilər və Tramp qaçatbasdı şirkətlərin vergilərini 25% azaltdı, üstəlik, senata göndərdiyi ilk qanun layihələrindən biri də qara camaamata tibbi sığorta hüququ verən Obamakey qanununun ləvğ edilməsi oldu. Bunu deyib keçək dərin mətləblərə. Conatan Sviftin “Qulliverin səyahəti” əsərində Qulliver ölməz qocalar hesab olunan strildbruqların yaşadığı bir ölkəyə gəlir. Ancaq o, qocaları görəndə başa düşür ki, onlar da digərləri kimi öləridirlər, sadəcə, o qədər uzun ömür yaşayıb qocalırlar ki, yaddaşıları öz adlarını unudacaq qədər zəifləyir. Sözün son hərfini deyəndə ilk hərfi yadlarından çıxır. Buna görə də heç kim onlarla ünsiyyətə girə bilmir. Ölümü unudub ölürlər. Amma bu qocaların öz ölkəsi var və onlar özlərini orada “ölməz”, “həmişəyaşar” elan ediblər. Onların ölkəsində gənclərə yer yoxdur. Çoxdan oxumuşam deyə yadımdan çıxıb, Conatan bu ölkədə gənclərin olmamasını əsərdə necə izah edir, bəlkə də, qoca stildbruqlar gəncləri öz ölkələrindən qovublar və ölüm kimi onları da unudublar. Amma kənardan gələn adam üçün bu qocalar, sadəcə, ağlını itirmiş, heç bir gənclik xatirəsini xatırlamayan demensiya xəstələridir.

bir zamanın ədəbiyyatını, adətən, o zamanın ruhunu hiss edə bilən müəlliflər yaradır. Bəzən də olur ki, ədəbiyyat bir müddət bu nəhəng hissiyyatdan məhrum olur. Məsələn, sovet realizmi deyilən ədəbiyyat, əslində, öz dövrünün reallıqlarından başqa hər şeyi duyurdu, sovet realizmində çatışmayan tək şey məhz sovet reallıqları idi.(II Dünya müharibəsi olmasaydı, bu ədəbiyyat, ümumiyyətlə, insanın mənəvi aləmi ilə maraqlanmayacadı.) Sənətdə nəsillər, estetikalar arasındakı sərhədi, nə qədər qəribə səslənsə də, həmişə hakim ideologiyalar qoruyur. Hətta klassik yapon ədəbiyyatında ədəbi nəsillər bir-birindən dövrə imperatorluq etmiş şəxslərin adı ilə ayrılır. Yaxın tarixdə bizim ədəbiyyatımızda da iki intibah, çiçəklənmə dövrü olub. Birinci qalxınma maarifçilik hərəkatı dövründə çar Nikolayla sənət arasında qarşılıqlı güzəştlərin formalaşdığı dövrə təsadüf edir. İkinci intibah isə xalqın milli şüurundan nə qədər uzaq olsa da, sovetlər dövrünün 60-70-ci illər ədəbi nəslidir ki, onlar da stalinizmin “KQB modernizmi” ilə barışmışdılar. Bu dövrlər arasındakı nəsli isə çox vaxt “itirilmiş nəsil” hesab edirlər. “İtirilmiş nəsillər”, adətən, “dünyəvi və ruhani avtoritetlərlə” münasibətlərini aydınlaşdıra bilməyən nəsillərdir, zamanın tələbinə boyun əyib yaşayanlar deyil, sənətin tələbinə sadiq qalıb aradan götürülənlərdir, zamanda heykəl kimi yaşamaqdansa, sənətdə canlı kimi yox olmağı seçənlərdir və dövrün gerçəklərini öyrənmək istəyənlər mütləq “itirilmiş nəsillər”in “şöhrətləndirilmiş nəsillər” tərəfindən ört-basdır edilən əsərlərini oxumalıdır. Çünki onlar həqiqəti yazdığı üçün “itiriliblər”. Sonrakı nəsillərdə üzə çıxan ruh “itirilmiş nəsillərin” ruhudur. “Şöhrətləndirilmiş nəsillər”, adətən, qısır olur. Bu ruhun necə üzə çıxdığına ən gözəl misalı dini rəvayətdən endirmək olar mətnimizə. Səhv etmirəmsə, Haydeggerin sözüdür: “Özbaşınalıq azadlığın gecə tərəfidir”. Hər bir dövrün də gecə və gündüz tərəfi olur. “İtirilmiş” dediyimiz nəsillər zəmanənin gecə tərəfində, yəni heç bir qanunun işləmədiyi özbaşınalıq tərəfində girov saxlanılanlardır və çox vaxt dövrün gündüz, azad tərəfinə buraxılanlar, xristianlığa görə, İsadan, müsəlmanlığa görə, Mehdidən əvvəl onların qiyafəsində zühur edib insanları aldadan Dəccalın streotipləri olur. Onlar qaranlığı, gecəni, dövrün özbaşınalıqlarını inkar etmək üçün göndərilirlər. Dindən fərqli olaraq, ədəbiyyatda Qiyamət günləri tez-tez baş verir və “itirilmiş nəsillərin” ruhları yeni nəsillərdə gec-tez zühur edib, səhv qoyulmuş ətin və otun yerini dəyişərək atı və iti xilas edirlər. Nağıllarda qaranlıq dünyadan qayıdan qəhrəmanları xatırlayın. “İtirilmiş nəsillər”, bir növ, sənətin şüuraltısıdır, onlar bizim tariximizdə, məişətimizdə yox, hiss və instinktlərimizdə yaşayırlar.

Şöhrət gətirməyən mənəvi əzab yaradıcılıq hesab olunmur, sənətin belə bir amansız qanunu var. “İtirilmiş nəsillər” şöhrətdən məhrum edilmiş mənəvi əzabın sahibləridir. Onların yerinə “şöhrətləndirilmiş” nəsillərin yaradıcılığında isə mənəvi əzab yoxdur, çünki reallıq hissini itirmiş şəxsin çəkdiyi mənəvi sarsıntı sənət yox, olsa-olsa din ola bilər. “Şöhrətləndirilmiş” nəsillərin cəmiyyətdəki kahin obrazını da bu özəllikləri yaradır. Bu gün ədəbiyyatımızda şöhrəti olanların mənəvi narahatlığı, mənəvi sarsıntılar içində boğulanların şöhrəti yoxdur. Bu ikitirəliyin səbəbi müstəqillik illərində ədəbiyyatımıza qayıdan reallıq hissi və imtiyazlar hesabına dini-mifik status qazanan sovet irrealizmin ədəbi dəyər kimi hələ də mövcud olmasıdır. İtirməkdə olanlar, yəni sovet irrealistləri, qazanmaq istəyənlərdən, yəni türklər demiş, “bağımsız” realistlərdən daha amansız döyüşür. Çünki birincilərin itirəcəyi çox şeyləri var, ikincilərin isə nə qazanacağı hələ məlum deyil. Bu gün ədəbiyyatımızda irrealizmlə realizmin, şöhrətlə əzabın davası gedir. Bu davanı şəxsiləşdirmək ortada nə baş verdiyini anlamamaqdan irəli gəlir. Sovet irrealistlərinə mənəvi müvazinəti çəllək üstə səntirləyən “şəhidlər” lazımdır, “bağımsız” realistlərin isə “ölümə getməyə” özlərindən başqa heç kimi yoxdur.

Uzun illər ədəbi tənqidimiz yazıçı və şairləri aldadıblar ki, realizm – gördüklərini yazmaqdır. Hətta indiki nəsillərin arasında da özünü fotoaparat hiss edən, bu tənqidin yetirmələri olan gənclər var ki, məişət çürükçülüyünün içində itib-batıblar! Realizm reallığı yazmaq deyil, reallığı yaratmaq bacarığıdır. Sənət mənəvi həqiqətlərin insana xidmət etdiyi bir məbəddir və yazıçı, şair bu məbəddə reallıqları xəyallara çevirirsə, o, bu məbədi dini məbədlə qarışıq salır. Onun borcu burada xəyalları gerçəkliklərə çevirməkdir. Məsələn, kimsənin xətrinə dəymək istəmədən poeziyamızdan nümunələr gətirəcəyəm. Bizim şöhrət qazanmış şeirlərimizdəki obrazların, demək olar ki, hamısı mənəvi obrazlardır, yəni hisslərin, duyğuların, düşüncənin əli ilə yaradılmış obrazlar. Onları şəkilləndirən bizim içində yaşadığımız reallıqlar yox, içindən qaçıb sığındığımız xəyallardır. Həyati dəyəri sıfırlanmış nəsnələrdir. Məsələn, böyük şair Ramiz Rövşən qara paltarlı qadını, yaxud ilan balasını həyatdan alıb onları varlıq olaraq öz təxəyyülündə öldürür, sonra onlara yeni mənəvi obrazlar verir. Bu, poeziyanın getdiyi ənənəvi yoldur və dini məzmunludur. Çünki qədim peyğəmbərlər də tanrı obrazını yaratmaq üçün lazım olan materialları həyatdan götürüb təxəyyüllərində öldürdükləri insanın təbitəndən alırdılar və bizim bu gün inandığımız yaradıcının tənha, tək obrazı, əslində, tanrı deyil, o vaxt bütpərəst xalqların arasında özünü tənha, tək hiss edən və buna görə əzab çəkən yəhudi xalqı və onun peyğəmbərləridir. Şairin özünü tənhalığa vurmasının da tanrı ilə heç bir əlaqəsi yoxdur, bu tənhalıq din vasitəsi ilə bizə ötürülmüş təktanrıçı İsrailoğullarının Fələstində düçar olduqları təklənmənin peyğəmbər “fırçaları” ilə tanrının təbiətinə köçürülməsidir. Müasir tanrının təbiətindəki ziddiyyətlər də bununla bağlıdır, çünki hər bir peyğəmbər ona özündə olan xarakterik əlaməti köçürmüşdür; İşaya onu nifrət edən, Musa bağışlayan kimi təsvir etmişdir. Bir də var poeziyanın ənənəvi olmayan qayıtdığı yol; şair mənəvi olanı, hissi olanı reallığa çevirir, ona həyatilik qazandırır. Bu şerə ən gözəl nümunələr fransız poeziyasındadır, məsələn, bu poeziyaya ən əlçatan nümunələri Salam Sarvanın Bodlerdən tərcümə etdiyi şeirlərində görmək olar. Bodler bizi öz şeirlərində hisslərin, düşüncələrin yox, reallığın təsirində saxlayır, yəni bizim şairin astarını üzünə çevirir və öz imzası ilə modernizm deyilən intibahın cığırını açır. Bizdə belə şeirlər Həmid Herisçidə var. Ümumilikdə isə, Şərqdən gələn dini xəyalpərəstlik və Qərbdən gələn təhrif olunmuş sovet (ir)realizmi ədəbiyyatımızı bürüyüb.

islamının əsl islam olmaması mübahisəli məsələ olsa da, sovet sosializminin əsl sosializm olmaması mübahisəsizdir və buna ən sadə və ən inkaredilməz sübut sovet ədəbiyyatıdır. Sovetlər dönəmində yaranan ədəbiyyat aşağıların deyil, yuxarıların sifarişi ilə yazılırdı və istənilən halda hakim sinfin mənafeyinə xidmət edirdi. Yoxsullardan, yetimlərdən yazanlar öz qəhrəmanlarının əksinə, şah kimi yaşayırdı. Bu reallığın qarşısında əks arqument olmaq üçün bir az həyasız olmaq lazımdır. Çünki o dövrdə əsl sovet reallıqlarını ifadə edən əsərlər, məsələn, Pasternakın “Doktor Jivaqo”su, Soljenitsının romanları, Platonovun, Şalamovun əsərləri (bədii keyfiyyətləri dartışıla bilər) və s. qadağan idi. Yaxud Sartrın “Lizzi” pyesi ilə Səməd Vurğunun “Zəncinin arzuları”nı eyniləşdirmək olmaz. Biri müəlliflə vicdanın, o biri şairlə partiyanın arasında imzalanan sazişə əsasən yazılıb.

Qoca stildbruqlar ölümü unutmuşdular, ölüm isə onları əsla...


Xəbərin orijinal ünvanı: http://publika.az/news/koshe/224731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR