Kəklikotu yerinə marixuana dəmlədilər, başlarına gəlməyən QALMADI - VİDEO

Kəklikotu yerinə marixuana dəmlədilər, başlarına gəlməyən QALMADI - VİDEO
17:33 18 Dekabr 2017
493 Şou
Ölkə mətbuatı
A- A+

“Cinemzadeh” studiyası tərəfindən istehsal olunan “Kəklikotu” komediya filminin ikinci treyleri yayımlanıb.

Publika.az xəbər verir ki, ekran işi yay aylarında lentə alınıb. Ekran işinin mövzusu isə meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlunun başqasına çatacaq bir kisə kəklikotunu yolda satması ilə başlayır. Sonradan məlum olur ki, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş.

Filmdə tanınmış simalar yer alıb. Onların sırasında müğənni Nigar Camal, Dilarə Kazımova, aktyorlar Kamran Ağabalayev, İslam Mehrəliyev, Müşviq Şahverdiyev, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Rövşən Məmmədli, Əlixan Rəcəbov, rəqqasə Oksana Rəsulova, aktrisalar Zemfira Əbdülsəmədova, Günel Məmmədova, rejissor Aqil M.Quliyev və başqaları var.

Qeyd edək ki, filmin baş redaktoru Xətai Əli, rejissorları isə Cəfər Axundzadə və Vüqar İslamzadədir. Fİlm 21 dekabrdan kinoteatrlarda yayımlanacaq.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/224735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR