AMEA əməkdaşları üçün yeni yaşayış binasının

Abşeron rayon Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur.

Bunu layihənin rəhbəri Elçin Orucov deyib.

“AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikiləcək “Science City” yaşayış kompleksi ekoloji təmiz havası olan ərazidə yerləşir”, – deyə bildirən layihə rəhbəri kompleksin həyəti və ətrafında böyük parkların salınacağını da vurğulayıb. Qeyd edib ki, 1,2,3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.

O qeyd edib ki, bu gün “Science City” yaşayış kompleksində qazıntı işlərinə start verilib. Mənzillərin AMEA əməkdaşlarına sərfəli kredit şərtləri ilə təklif edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. //Trend

"Neftçi" daha iki futbolçusu ilə yollarını ayırdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR