Azərbaycanda həm həyat, həm də qeyri-həyat sığortası artıb

Azərbaycanda həm həyat, həm də qeyri-həyat sığortası artıb
18:02 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 186,55 mln. manat sığorta haqqı toplanılıb.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,9% çoxdur.
11 ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 317,685 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 0,8% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 25,9% artaraq 113,499 mln. manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 8,2% azalaraq 117,381 mln. manata düşüb.
Beləliklə, yanvar-noyabrda həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 60,8 manatı, qeyri-həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 36,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər ötən ilin ilk 11 ayında müvafiq olaraq 67,6 manat və 40,6 manat olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-hem-heyat-hem-de-qeyri-heyat-sigortasi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR