Əsəddən Cenevrə AÇIQLAMASI

Əsəddən Cenevrə AÇIQLAMASI
18:03 18 Dekabr 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsəd son Cenevrə danışıqlarının uğursuzluqla nəticələnməsinin səbəbini açıqlayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Əsəd Cenevrə danışıqlarında iştirak edən bəzi şəxslərin Suriya xalqının fikirlərini əks etdirmədiyini söyləyib.

Dövlət başçısı Soçi şəhərində keçirilməsi planlaşdırılan Suriya Milli Konqresində təmsil olunacaq nümayəndələrin fərqli olacağına ümid etdiyini deyib. O, konqresdə müzakirə olunacaq məsələlərin müəyyən edildiyini, ancaq yeni Konstitusiya və seçkilərin prioritet olduğunu vurğulayıb.

Suriyada müharibənin başa çatmadığını deyən Əsəd ölkəsində terrorla mübarizənin İŞİD-lə məhdud olmadığını bildirib.

“Terror təşkilatının adı nə olursa-olsun, son terrorçu məhv ediləndən sonra müharibə bitəcək”, - o bildirib.

Qeyd edək ki, Suriya probleminin müzakirə edildiyi, sayca 8-ci Cenevrə görüşü dekabrın 14-də uğursuzluqla nəticələnib. Silsilə görüşlər noyabrın 28-də başlamışdı.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR