İraqın şimalındakı muxtar bölgədə maaşların verilməməsi və korrupsiyaya qarşı aksiya keçirilib

İraqın şimalındakı muxtar bölgədə maaşların verilməməsi və korrupsiyaya qarşı aksiya keçirilib
18:12 18 Dekabr 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ İraqın şimalındakı kürd muxtariyyətində, Süleymaniyyə şəhərində minlərlə məmur maaşların ödənilməməsi və korrupsiyaya etiraz olarq aksiya keçiriblər.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, aksiya iştirakçıları muxtar hökumətin keçmiş başçısı Məsud Barzaninin rəhbəri olduğu Demokratlar Partiyasının baş qərargahının binasına od vurublar.
“Hökumətdən müəllimlərin və məmurların sosial şəraitinin normallaşdırılmasını, maaşlarımızın fasiləsiz olaraq verilməsini tələb edirik”, - aksiya iştirakçısı vurğulayıb.
Onlar “Bəsdir artıq!”, “26 illik korrupsiyaya və qarətə yox!”, “Rüşvətxorlar mühakimə olunmalıdır!”, “Müəllim və məmurların maaşları haradadır?” şüarlarını söyləyiblər
Muxtar hökumətin rəsmi məlumatına görə, bölgədə hökumətdən maaş alan 1,4 milyon müəllim və məmur var.






Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqin-simalindaki-muxtar-bolgede-maaslarin-verilmemesi-ve-korrupsiyaya-qarsi-aksiya-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR