Qadın alimdən GÖZLƏNİLMƏZ SÖZLƏR: “Kişilər olmasa...”

Qadın alimdən GÖZLƏNİLMƏZ SÖZLƏR: “Kişilər olmasa...”
18:23 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

“Gələcək, sülh və dinclik qadınların əlindədir. Kişilər olmasa, müharibə də olmayacaq”.

Publika.az xəbər verir ki, bu fikirləri türkiyəli professor Canan Karatay Türkiyədə Lüləburqaz Ulduzları Qadın Akademiyasını ziyarəti zamanı deyib.

O, “qadın kvotası”, “qadın qolu” ifadələrinə qarşı olduğunu bəyan edib.

“Qadınların əli dəyən hər şey daha gözəl olur”, - ifadəsini işlədən C.Karatay kişiləri tənqid atəşinə tutub.

O həmçinin qidalanma ilə bəzi məqamlara da toxunub:

“Mən ənənəvi və təbii olanı xatırlayıram. Türk mətbəxi ən sağlam mətbəxdir. Dərdimiz arıqlamaq deyil, bədənin sağlam olmasıdır. Ailə necə qidalanırsa, uşaq da elə qidalanır. Atam, anam və bütün ailə böyüklərim hamısı şəkər xəstəsi idi. Valideynlərim insulin istifadə edirdi, o vaxtdan həyatımdan şəkəri çıxartdım. Lakin şəkər xəstəliyi gizli inkişaf edir. Ona görə də belinizin çevrəsinin bir az genişlənməsi, gizli şəkərinizin olduğu mənasını verə bilər”.

Həkim bildirib ki, D vitaminini dərmanlardan qəbul etmək doğru deyil:

“Bu yalnız ticarət məqsədilə tövsiyə edilən üsuldur. Düzdür, dərmanlarla D vitamininin səviyyəsini qısa zamanda artıra bilərsiniz, amma bu yetərli deyil. D vitamini ehtiyacınızı təbii kənd yağı və heyvanların daxili orqanlarından qəbul etməklə ödəyə bilərsiniz”.

Peyvəndlərlə bağlı danışan C.Karatay qrip peyvəndinin təhlükəsindən söz açıb:

“Peyvəndlərin içərisində alüminium var, bu maddə alsheymerə tutulma səbəblərindəndir. Peyvənd olunmağa ehtiyac yoxdu, onun əvəzinə D vitamini qəbul edin. İllərlə bizə yumurtanın sarısı ziyandır dedilər, ona görə də hamımız axmaqlaşmışıq. Xolesterol isə ən yaxşı antioksidantdır. Bədəndə hər hansı problem yaranarsa, xolesterol bədəndəki yanğını söndürmək üçün yüksələr. Xolesterola qarşı dərman içmək bu yanğını söndürməyə qarşı tədbir almaq deməkdir. Həmçinin hamiləliyin 24-cü həftəsində qadınlara şəkər yüklənməsi testi çox təhlükəlidir. Biz şəkərdən uzaq durun deyirik, lakin həkimlər ana kanalı ilə doğulmamış, hətta orqanları tam inkişaf etməmiş uşaqların bədəninə şəkər yükləyib ölümlərinə səbəb oluruq. Gözləri görməyən, orqan çatışmazlığından ilə doğulan uşaqların sayı da buna görə son illərdə artıb”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/224744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR