Mətanətlə Namiqin səmimi görüntüləri: Öpüşlərə qərq edib

Mətanətlə Namiqin səmimi görüntüləri: Öpüşlərə qərq edib
19:39 18 Dekabr 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Mətanət Əsədova ilə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu məclislərin birində səmimi şəkildə görüntüləniblər. 
 
Axşam.az “Xəzər maqazin”ə istinadən xəbər verir ki, Mətanət səhnədə mahnı ifa edən Namiqi öpüşlərə qərq edib. Daha sonra açıqlama verən Namiq buna normal yanaşdığını deyib:
 
“Şou əhliyik, deyib-gülürük. Xanım sənətçilərlə öpüşüb-görüşürük. Şəkil çəkdirəndə əlimizi belinə qoyuruq. Bu, şou-biznes üçün adi haldır. O kadrlar mənim öz xoşuma da gəlmişdi. Mətanət xanımın bu jestlərinə, səmimiyyətinə görə təşəkkür edirəm”. 
 
Mətanət isə Namiqi çox istədiyini deyib:
 
“Namiqi çox istəyirəm. Çox mədəni oğlandır. Namiq o qədər səliqəli oğlandır, onun hərəkətindən, meyxana deməyindən dürr tökülür”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR