Kriptovalyutalar 2020-ci ildə bütün dünya elektrik enerjisini istehlak edəcək

Kriptovalyutalar 2020-ci ildə bütün dünya elektrik enerjisini istehlak edəcək
20:32 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ 2020-ci ilə "Bitcoin"in mayninqinə (hasilat) dünyada istehsal olunan bütün elektrik enerjisi sərf olunacaq.
"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, "Digiconomist Bitcoin Consumption İndex"ə görə, hazırda kriptovalyuta sənayesi ABŞ-da 3 mln. evin ehtiyacına, 159 ölkənin istehlakına bərabər elektrik enerjisi işlədir. Yeni "Bitcoin"lərin hasilatı daha mürəkkəb hesablamalara ehtiyac yaratdığı üçün elektrik enerjisinin sərfiyyatı da artır. "Citigroup" analitiki Kristofer Çapman (Christopher Chapman) bildirib ki, "Enerji həmişə bitcoinin DNK-sında mövcud olub. Bitcoinin yaradıcısı Satoşi Nakamoto virtual valyutanın yaradılması üçün mürəkkəb məsələlərin həllini şərtləndirib. Həmçinin rəqəmsal reyestr, şəbəkə və hər bir tranzaksiyaya nəzarət xeyli enerji istehlak edir".
"PwC" konsaltinq şirkətinin analitiki Aleks Braysa (Alex Brice) görə, son bir ayda maynerlər tərəfindən istehlak olunan elektrik enerjisi 30% artıb: "Bu ağlasığmaz istehlak miqdarında artımdır. Əgər proses qlobal xarakter alsa, planet məhv olacaq".
Xatırladaq ki, dünyanın iri mayninq sahələrinin 58%-i Çində, 16%-i isə ABŞ-da yerləşir. Çinin şimalında yerləşən "Bitmain Tehnologies Ltd." şirkətinin idarə etdiyi mayninq sahəsində 25 min kompyuter yer alır və onların elektrik enerjisi kömürlə təmin edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kriptovalyutalar-2020-ci-ilde-butun-dunya-elektrik-enerjisini-istehlak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR