Filippində ölənlərin sayı 38-ə çatdı -

Filippində "Kaytak" qasırğası ciddi tələfata yol açıb.

Metbuat.az-ın məlumatına görə, ölkənin cənub bölgələrində şiddətli yağışın səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində azı 38 nəfər həyatını itirib. 10-larla insan itkin düşüb. Fövqəladə vəziyyətin elan olunduğu bölgələrdən 80 min nəfər təxliyə olunub.

Güclü külək elektrik naqillərinin sıradan çıxmasına səbəb olub. Bu üzdən ölkənin təqribən yarısına elektrik enerjisi verilmir. Qeyri-sabit hava şəraitinin hələ bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR