Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub

Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub
23:07 18 Dekabr 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı. 18 dekabr. REPORT.AZ/ Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nazim Hikmət küçəsində baş verib.
Belə ki, 2013-cü il təvəllüdlü Etibarlı Hüseyn Nemət oğlu küçədə oynayarkən onu sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil vurub. Ağır xəsarət almış uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğundan H. Etibarlı daha sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, azyaşlını vuran avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samaxida-4-yasli-usagi-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR