Həbəşistanda toqquşmalar zamanı azı 61 nəfər həlak olub

Həbəşistanda toqquşmalar zamanı azı 61 nəfər həlak olub
23:57 18 Dekabr 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu həftə Həbəşistanın Oromia bölgəsində müxtəlif etnik qruplar arasında baş verən toqquşmalar zamanı azı 61 insan həlak olub.
"Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, toqquşmalar 14-17 dekabrda Havi Qudina və Daro Lebu bölgəsində baş verib. Hazırda insan itkiləri ilə nəticələnən toqquşmaların istintaqı aparılır.
Hadisələrin səbəbi hələlik məlum deyil. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hebesistanda-toqqusmalar-zamani-azi-61-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR