Türkiyə ABŞ-ın BMT-də Qüdslə bağlı qətnaməni bloklamasını tənqid edib

Türkiyə ABŞ-ın BMT-də Qüdslə bağlı qətnaməni bloklamasını tənqid edib
00:22 19 Dekabr 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarına qarşı BMT Təhlükəsizlik Şurasında (TŞ) səsverməyə qoyulan qətnamənin rəsmi Vaşınqton tərəfindən bloklanması Birləşmiş Ştatların bu məsələdə bitərəfliyini itirdiyini bir daha sübut edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
"ABŞ-ın qətnaməyə veto tətbiq etməsi bir daha sübut etdi ki, Birləşmiş Ştatlar bu məsələ ilə bağlı bitərəfliyini itirib. ABŞ-ın sənədlə bağlı vetodan istifadə edən yeganə ölkə olması sübut edir ki, Vaşınqtonun Qüdslə bağlı qərarı qanundan kənara çıxır", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsi qərarına qarşı BMT TŞ-da qətnamənin qəbul edilməsi rəsmi Vaşınqton tərəfindən bloklanıb. ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı olduğunu qəbul edib və ölkəsinin səfirliyini bu şəhərə köçürülməsi ilə bağlı göstəriş verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-abs-in-bmt-de-qudsle-bagli-qetnameni-bloklamasini-tenqid-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR