"İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları" təsdiqlənib

"İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları" təsdiqlənib
00:32 19 Dekabr 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatlarda çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi qaydalarını təsdiq edib.
"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən, "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı" təsdiqlənib.
Səhiyyə Nazirliyinə bir ay müddətində "Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi"ni təsdiq etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/i-scilere-pulsuz-mualice-profilaktik-yemeklerin-sud-ve-ona-beraber-tutulan-mehsullarin-verilmesi-qaydalari-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR