Fransadakı terror aktları ilə bağlı 9 nəfər saxlanılıb

Fransadakı terror aktları ilə bağlı 9 nəfər saxlanılıb
03:34 10 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada baş vermiş terror aktları ilə əlaqədar 16 nəfər saxlanılıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Parisin prokuroru Fransua Mollen bildirib.

 

Onun sözlərinə görə, söhbət Səid və Şərif Kuaşi qardaşları və Ahmedi Kulibali ilə əlaqəli şəxslərdən gedir. F. Mollen həmçinin bildirib ki, 2011-ci ildə Şərif Kuaşı Yəməndə yaşayıb və buradakı “Əl Qaidə” beynəlxalq terror şəbəkəsinin fəalları ilə təmasda olub. Parisdə mağazada 20-yə yaxın insanı girov götürərək “Charlie Hebdo” jurnalına silahlı hücum edən Kuaşi qardaşlarının buraxılması tələbini irəli sürən A.Kulibali isə “İŞİD” qruplaşmasının üzvü olduğunu etiraf edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR