Madonna terrordan istifadə etdi (VİDEO)

Madonna terrordan istifadə etdi (VİDEO)
03:36 10 Yanvar 2015
202 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni Madonna yeni albomunu reklam etmək məqsədilə Parisdəki terror aktından istifadə etməyi düşünüb.

ANS PRESS-in məlumatına görə, pop-diva sosial şəbəkədəki hesablarında terror aktları qurbanlarına dəstəyini ifadə edib.

"Çox qorxunc bir dövrdə yaşayırıq. Cəhalət cəmiyyətdə qorxu doğurur. Biz sadəcə işıqda qaranlıqla mübarizə edə bilirik. Hamımız Çarliyik! Bütün dinlərə sayğı göstərməliyik, lakin həm də insan həyatına da dəyər verməyi unutmamalıyıq. Tanrı adından kiminsə həyatına son qoymaq tanrının yox, fərdlərin ideyasıdır.", - deyə Madonna postunda yazıb.

Madonna sözügedən postu #rebelheart (yeni albomunun adı) və #livingforlove (yeni mahnısı) heşteqləri ilə paylaşıb.

Bunu görən sosial şəbəkə istifadəçiləri pop-divanı qəddarlıqda, qeyri-səmimilikdə və özgəsinin faciəsindən yararlanmaqda suçlayıblar.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=318800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR