Sürücülər vergidən azad olunacaq (VİDEO)

Sürücülər vergidən azad olunacaq (VİDEO)
04:16 10 Yanvar 2015
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtomobilini texniki baxışdan keçirmək istəyənlər əlavə vergi ödməyəcək.

ANS TV-nin məlumatına görə, qanuna əsasən ölkədaxili bütün nəqliyyat vasitələri texniki baxış zamanı yol vergisindən azad ediləcək. Bununla da avtomobil sahibləri yalnız texniki baxşı zamanı avtobilə görə 20 manat məbləğində pul ödəyəcək.

Artıq bununla bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə də çıxarılıb. Məcəlləyə ediləcək dəyişiklik yanavarın 1-dən həyata keçirilməsi nəzərədə tutulur. Millət vəkili Fazil Mustafa Vergi Məcəlləsinə ediləcək dəyişikliyin bəzi sürücüləri avtomobillərini texniki baxışa gətirməyə cəlb etməyə bir təkan olacağını bildirir.

"Bu, avtomobilin texniki vergi prosedurundan keçməsini təmin edəcək. Artıq başqa yolun, başqa məsrəflərin vətəndaşın üzərinə qoyulması dayandırılacaq. Amma müddətlərdə ciddi bir dəyişikliklər yoxdur. Müddətlər olduğu kimi qalacaq”.

Millət vəkili onu da əlavə etdi ki, gələcəkdə avtomobillərini texniki baxışının sığorta şirkətlərinin öhdəsinə düşməsi təklif olunacaq. Əvvələr avtomobillərini ilindən asılı olaraq sürücülər texniki müayinədən keçirərkən mühərrikin gücünə görə yol verigisi ödəyirdisə, indi yalnız 20 manat ödəməklə nəqliyyat vasitələrinin texniki müayinəsini həyata keçirə biləcəklər. Sürücülər də belə bir verginin ləğv edilməsindən məmnun idi.

Ekspertlər isə bu ediləcək dəyişikliyin yanacağın qiymətinə təsirsiz ötüşməyəcəyini bildirdi. Yəni Vergi Məcəlləsinə əsasən bu dəyişikliklə yanacağın bir litri üçün əlavə dəyər vergisi (ƏDV) 2 qəpik olacaq. Bununla da yanacağın qiymətinin artırılması heç də qaçılmaz deyil.

Ekspert onu da əlavə etdi ki, bundan sonra texniki baxışın rüsumu online ödəmə yolu ilə də mümkün olacaq.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR