Meksikanın şimalında helikoperin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
ANS PRESS-in məlumatına görə, qəza nəticəsində iki nəfər həlak olub, üç nəfər isə yaralanıb. Yerli nümayəndələr qəzanın cümə günü, Koauila və Nuevo-Leon ştatları sərhədində baş verdiyini bildirirlər.
Hadisədən sonra xəsarət alanlar hospitala çatdırılıb. Vəziyyətlərinin orta-stabil olduğu qeyd edilir.
İlkin məlumatlara əsasən, helikopterin qəzaya uğramasına səbəb kimi daxilində yaranmış nasazlıqlar göstərilir.
Faktla bağlı araşdırma aparılır.