Ermənilər qara düşdü (FOTO)

Ermənilər qara düşdü (FOTO)
05:36 10 Yanvar 2015
170 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda güclü çovğun səbəbindən son günlər bəzi bölgələrdə avtomobil yolları nəqliyyat hərəkəti üçün bağlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Çovğun Gümri, Spitak şəhərləri, Azərbaycan və Gürcüstan sərhədləri istiqamətində yolların bəzi hissələrində avtomobillərin hərəkətini çətinləşdirib. Nazirliyin məlumatında, bütün avtomobil yollarının buz bağladığı, təhlükəsiz hərəkəti təmin etmək üçün yollara duz və qum səpildiyi deyilsə də yolların hələ də bağlı olduğu bildirilir.

Bundan əlavə güclü qar və yolların buzlaşması səbəbindən ikinci gündür ki, Ermənistanı Rusiyaya bağlayan, Gürcüstanın Yuxarı Lars Nəzarət-Buraxılış Məntəqəsindən keçən yeganə yol bağlı qalmaqdadır.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Departamentindən alınan məlumata istinadən Ermənistan Fövqəladə Nazirliyi bildirir. Hazırda Gürcüstanın Ninosminda yaşayış məntəqəsi ilə Ermənistan sərhədindəki Bavra Nəzarət Keçid Məntəqəsi arasında yol bütün nəqliyyat vasitələri üçün bağlıdır. Çovğuna görə yolların təmizlənməsi işlərini davam etdirmək mümkün deyil. Lars sərhəd məntəqəsi yaxınlığında Gürcüstan FHN-in səylərilə qar “əsirliyindən” 200 avtomobil azad edilib, insanlar evakuasiya olunub.

İrəvanda isə ilk qar yanvarın səkkizi gecəsi yağıb.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR