İranda yenə zəlzələ oldu -

Ötən gecə İranın şimal bölgəsində rixter cədvəli üzrə baş verən 5,2 bal gücündəki zəlzələ nəticəsində iki nəfər ölüb.

Metbuat.az-ın məlumatına görə, bu barədə “Frans Press” agentliyi xəbər yayıb. Ölənlər 70 yaşlı qadın və 10 yaşlı qızdır.

Qadın ürək tutmasından, qız isə yüksək stress üzündən həyatını itirib. Yeraltı təkanlar nəticəsində 117 nəfər xəsarət alıb.

Zəlzələnin episentri Kərəc şəhərindən 17 km cənubda, yerin 7 km dərinliyində yerləşib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR