Ebola virusundan ölənlərin sayı 8 289 nəfərə çatıb

Ebola virusundan ölənlərin sayı 8 289 nəfərə çatıb
05:47 10 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 05:44 ]

Bakı – APA. Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 8289-a çatıb.

APA-nın ITAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Ebola virusundan ən çox zərər çəkən, əvvəlki kimi,  Liberiyadır. Bu ölkədə 8 263 yoluxma və 3515 ölüm halı qeydə alınıb. Sierra-Leone xəstəliyə yoluxanların sayına görə birinci yerdədir -10 030 nəfər, ölənlərin sayı isə 2 977 nəfər təşkil edir.  Qvineyada 2793 nəfər xəstələnib, 1797 nəfər ölüb.

 

Qeyd edək ki, Ebola virusuna yoluxma halları Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ-da qeydə alınıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR