Transseksuallar maşın sürə bilməyəcək

Transseksuallar maşın sürə bilməyəcək
06:21 10 Yanvar 2015
246 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiyada transseksual və transgender şəxslər sürücülük vəsiqəsi almağa yaramayan şəxslər siyahısına salınıb.

ANS PRESS-in məlumatına görə, sürücülük vəsiqəsi əldə etməyə yaramayan şəxslər kateqoriyası bir sıra xəstəliklərə mübtəla olanları əhatə edir.
Həmin xəstəliklər siyahısına insanın özünün cinsi identifikasiyasını müəyyən etmək qabiliyyətinin pozulması da aid edilib.

Fetişizm, ekzibisionizm və vuyerizm kimi təzahürlər isə "əqli anormallıq" xəstəlikləri siyahısına daxil edilib.

Həmin xəstəliklərin simptomları aşkar edilən şəxslərin də sürücülükdən kənarlaşdırılması nəzərdə tutulub.

Sürücülükdən kənarlaşdırılmağa əsas verən xəstəliklər siyahısına eləcə də, "patoloji" qumarbazlıq və islahedilməz oğurluq vərdişi də daxil edilib.

Hökümət bu sahədə atdığı son addımını yol qəzalarının sayının artması ilə əsaslandıraraq sürücülərin tibbi yoxlanışı şərtlərinin sərtləşdirilməsinə ehtiyacın olduğunu bildirib.

Rusiyalı psixiatrlar və insan haqları vəkilləri hökümətin qərarını tənqid edərək, sənədin ruhunun insan hüququları ilə uyuşmadığını qeyd edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=318811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR