Kubada Kastro erası sona çatır

Kuba lideri Raul Kastro öz postunu 2018-ci ilin aprel ayında tərk edəcək.

Metbuat.az xəbər verir ki, əvvəlcə bunun fevral ayında baş tutacağı planlaşdırılırdı. Lakin dekabrın 21-də Kuba parlamenti Kastronun səlahiyyətlərinin daha iki ay uzadılmasına səs verib: sentyabr ayında dağıdıcı “İrma” qasırğasının adaya böyük zərər vurması səbəbindən yeni milli seçkilər təxirə salınıb.

“Xalq hökumətinin yeni Milli Assambleyasının formalaşacağı gün, aprelin 18-də mən dövlət başçısı postunda özümün ikinci və sonuncu müddətimi başa vururam”, - deyə Raul Kastro bildirib.

Bu, Kuba tarixində təxminən 60 illik Kastro erasına son qoyacaq. Ölkənin yeni rəhbəri beş il müddətinə seçiləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR