Bakıda ağır qəza: 8 nəfər yaralandı

Bakıda ağır qəza: 8 nəfər yaralandı
07:16 10 Yanvar 2015
180 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonu ərazisində 8 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Tbilisi prospektində qeydə alınan hadisədə 20 Yanvar dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi iki yol arasındakı dirəyə çırpılıb. Bu da onun sürətini azaltmayıb və avtomobil qarşı yola keçərək “VAZ 2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində avtomobillərdə olan 8 nəfər - 50 yaşlı Hümbət Hüseynov, 29 yaşlı Elməddin Şabanov, 30 yaşlı Sərhət Nəbiyev, 27 yaşlı Rəvan Əbilov, 24 yaşlı İlham Həsənov, 28 yaşlı Zaur İsmayılov, 33 yaşlı Tehran Baqişov və şəxsiyyəti hələlik məlum olmayan bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı xəstəxanaya çatdırılıb. Onlardan 3-ü vəziyyətlərinin ağır olması ilə əlaqədar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 3 nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.

Hadisə yerinə Yasamal rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Ərazidə müvafiq müayinələr aparılıb. Polisin gəldiyi ilkin qənaət avtomobilin yüksək sürətlə idarə edilməsi ehtimalıdır.

Faktla bağlı araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR