Bakıda qəza: ölən var

Bakıda qəza: ölən var
09:26 10 Yanvar 2015
202 Sosial
Ölkə mətbuatı
A- A+

Səhər saatlarında paytaxtda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ rayonu ərazisində “Daewo” markalı minik avtomobili, “Mercedes” markalı minik avtomobili və “Daewo” markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, Şükürov Saleh Məmmədbağır oğlunun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 07:52-də başa çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=318833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR