Dünyanın ən gözəl kitabxanası

Çinin Yangzhou şəhərində yerləşən “The Yangzhou Zhongshuge” adlı kitab mağazası və kitabxana bölgədəki ən məşhur tikililərdən sayılır.

Metbuat.az-ın məlumatına görə, 2016-cı ildə fərqli dizaynda tikilən kitabxana turistlər və xalq tərəfindən diqqət çəkməyi bacarıb. Optik illustrasiyalarla bəzənmiş kitabxana kitabsevərlərə xidmət edir.

Kitabxananın girişində ziyarətçiləri nəfəs kəsən görüntü qarşılayır. Yerdən tavana qədər uzanan nəhəng rəflər, ziqzaq görüntülü bir boşluq ilə tamamlanıb. Döşəməsində istifadə olunan qara ayna görüntüsü bura gələn ziyarətçilərdə heyranlıq hissi yaradır.

Tavandakı ziqzaq boşluğun döşəməyə yansıması isə adətən bir göl mənzərəsi yaradır. Kitabsevərlərə maraqlı anlar yaşadan bu kitab tunelinin sonunda geniş bir qapı var. Bu qapı uşaqlar üçün dizayn edilən oxuma otağına açılır.

Tavanı çox sayda “led” işıqlarla bəzədilən uşaq oxuma otağı ulduzlarla əhatə olunmuş səmanı xatırladır. Məşhur kitabların olduğu bu otaqda uşaqlara oxuma vərdişini qazandırmağı hədəfləyirlər.

Kitabxanada həmçinin, böyüklər üçün ayrıca otaq da var. Müasir və füsünkar dizaynı ilə diqqət çəkən bu otaqda böyüklərin rahatlıqla kitab oxuması üçün hər cür şərait yaradılıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR