Atəşkəs yenidən pozuldu

Atəşkəs yenidən pozuldu
09:46 10 Yanvar 2015
153 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında keçirilməsi nəzərdə tutulan sülh danışıqlar ərəfəsində Donbas regionunda yenidən atışmalar qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, üsyançılar hökumət qüvvələrinə məxsus bir neçə mövqeyi raket və top atəşinə tutublar.

Atışmalar nəticəsində azı 6 əsgər öldürülüb. Atışmalar zamanı evləri dağılan sakinlər Ukrayna qüvvələrindən şikayət ediblər.

Onların sözlərinə görə, hər iki tərəf tez-tez atəşkəsi pozurlar. “Atəşkəsə necə inanmaq olar? Üsyançılar atəş açmasa belə, Ukrayna əsgərləri tanklarla bizə atəş açırlar” - deyə sakin İra Osmalovskaya bildirib.

Ukrayna böhranına dair gələn həftə “Normandiya Formatı”nda sülh danışıqları gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR