Pakistanda məscidin qarşısında partlayış: 6 ölü, 17 yaralı

Pakistanda məscidin qarşısında partlayış: 6 ölü, 17 yaralı
09:47 10 Yanvar 2015
154 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın Ravalpindi şəhərində məscidin qarşısında törədilən partlayış nəticəsində 6 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
 
Qeyd olunur ki, o, məscidə daxil olarkən partlayış baş verib. Partlayış zamanı çoxlu sayda mömin məsciddə dini bayram qeyd edirmiş.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR