Putin Sankt-Peterburqda marketdəki partlayışı

Rusiya Prezidenti Vladimir Putin ötən gün Sankt-Peterburqda supermarketdə baş vermiş partlayışı terror aktı adlandırıb.

Metbuat xəbər verir ki, V.Putin bu sözləri Suriyada hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərlə görüşü zamanı deyib.

Xatırladaq ki, ötən gün axşam saatlarında mağazanın saxlama kamerasında 200 qr trotil ekvivalentində partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 13 nəfər yaralanıb.

Sankt-Peterburqda mağazada partlayış baş verib - Xəsarət alanlar var


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR