Müdafiə naziri bayramlar münasibətilə hərbi tibb müəssisələrində olub

Cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Müdafiə Nazirliyindən Metbuat.az-a bildirilib ki, müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Sonra hərbi qulluqçulara dövlətimizin başçısı adından bayram sovqatları təqdim olunub.

Dəniz turlarının təşkilinə dair memorandum imzalandı - Rusiya-Azərbaycan


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR