Rəşad Sadıqovun daha bir köməkçisi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir məşqçisinin adına aydınlıq gətirilib.

Baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən biri də Bolqarıstanın nümayəndəsi olacaq.

Aftandil Hacıyev və Faiq Əzizovla yanaşı, Vladislav Yanuş da "U-21"in məşqçi korpusunda yer alacaq. O, komandada fiziki hazırlığa cavabdehlik daşıyacaq.

Qeyd edək ki, Vladislav Yanuş əvvəllər Plovdiv “Lokomotiv”ində və “Beroe”də çalışıb. Son vaxtlar isə o, “Vereya” və “Liteks” klublarında işləyib. //APASPORT

Fatih Terim komandaya yeni hücumçu gətirir - Görüşlərə başlanıldı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR