Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşdu

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşdu
10:03 10 Yanvar 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Qaradağ rayonu ərazisində “Daewo” markalı minik avtomobili, “Mercedes” markalı minik avtomobili və “Daewo” markalı sərnişin avtobusu toqquşub. Nəticədə “Daewo” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, Şükürov Saleh Məmmədbağır oğlunun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2351688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR