Cəbhədə atəşkəs 56 dəfə pozulub

Cəbhədə atəşkəs 56 dəfə pozulub
10:14 10 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozub. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, erməni silahlı bölmələri Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Nəmirli, Cəvahirli, Şıxlar, Şuraabad, Sarıcalı, Kəngərli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

 

Düşmən cavab atəşi ilə susdurulub.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR