Play Store

2017-ci ildə yeni ÖLKƏ BAŞÇILARI - SİYAHI

Bu il bütün dünyada gərgin anlar, iğtişaşlar, müharibələr davam edib. Bəzi ölkələr isə 2017-ci ildə yeni prezident seçiblər.

Metbuat.az həmin prezidentləri təqdim edir:

ABŞ

ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2016-cı ilin noyabrında prezident seçilsə də vəzifəsinin icrasına 2017-ci ilin yanvarında başlayıb.

Avstriya

2017-ci il yanvarında Aleksandr Van der Belle Avstriyanın yeni prezidenti seçilib.

Almaniya

Fevralda keçmiş xarici işlər naziri, sosial-demokrat Frank-Valter Ştaynmayer Almaniyanın prezidenti seçilib. Almaniya prezidentini 630 Bundestaq deputatı və 630 federal torpaq nümayəndələrindən ibarət Federal Məclis seçir. Birinci turda Ştaynmayerin seçilməsi üçün 631 səs toplamaq lazım idi. Onun namizədliyinin lehinə 931, ümumilikdə isə 1239 parlamentari səs verib.

Somali

Fevralda Somalidə keçirilən prezident seçkilərində 55 yaşlı keçmiş baş nazir Məhəmməd Abdullahi Məhəmməd qalib gəlib. Yeni prezident ABŞ-da təhsil alıb və ikili vətəndaşlığa malikdir.

Türkmənistan

2017-ci ilin fevralında daha bir ölkədə seçki keçirilib və 59 yaşlı Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistanda prezident seçilib. Məlumata əsasən, seçkidə iştirak edən seçicilərin 97,69 faizi ona səs verib.

Ekvador

Apreldə Ekvadorun yeni prezidenti bəlli olub. Cənubi Amerika ölkələrindən olan Ekvadorda ikinci tur seçkilərin nəticəsi olaraq Lenin Moreno 51% səslə qalib gələrək prezident seçilib.

Serbiya

Apreldə daha bir ölkədə Serbiya yeni seçilib. Aleksandr Vuçiç Serbiyanın yeni dövlət başçısı olub.

Fransa

May ayında Fransada prezident seçkisi keçirilib. 39 yaşlı Emmanuel Makron Fransanın yeni prezidenti olub.

Cənubi Koreya

Mun Çje İn mayda Cənubi Koreyanın yeni prezidenti seçilib. O, səsvermədə 41,1 faiz səs toplayıb. Məlumatda deyilir ki, səsvermədə 13,4 milyon seçici iştirak edib.

Hindistan

Hindistanın yeni seçilən prezidenti Ram Natx Kovind iyulun 25-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Monqolustan

İyulda Xaltmaaqiyn Battulqanı Monqolustanın yeni prezidenti seçilib.

Keniya

Avqustda Keniyada seçki keçirilib. Uhuru Kenyatta yenidən ölkə başçısı seçilib. O, səsvermədə 54,27 faiz səs toplayaraq əsas rəqibi Raila Odinqanı üstələyib.

Ruanda

Ruandada avqustda keçirilən prezident seçkilərində Paul Kagame yenidən prezident seçilib.

Sinqapur

Sentyabrda Sinqapurun tarixində ilk qadın prezident seçilib.P arlamentin sədri Həlimə Yakub Sinqapurun yeni prezidenti olub. Məlumata görə, 63 yaşlı H.Yakub həm də 47 il ərzində malay icmasından seçilən ilk prezidentdir.

Qırğızıstan

Oktyabrda Qırğızıstanın hakim partiyasından olan namizəd Sooronbay Jeenbekov president seçkisinin qalibi olub

Sloveniya

Noyabrda Sloveniyanın dövlət başçısı Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib.

Zimbabve

Noyabrda “Timsah” ləqəbli Emmerson Mnanqaqva Zimbabvenin yeni prezidenti seçilib. E.Mnanqaqva bu postu 37 il ölkə rəhbəri olmuş Robert Muqabenin istefasından sonra tutub. Zimbabve prezidenti Robert Muqabe noyabrın 21-də parlamentin onun barəsində impiçment qərarı qəbul etməsindən sonra istefa verib.

Çili

Dekabrda Sebastian Pinyera Çili Respublikasının yeni prezidenti seçilib.

İsveçrə

İlin son ayında daha bir ölkədı prezident seçkisi keçirilib və bu posta İsveçrənin daxili işlər naziri Alan Berse seçilib. Səsvermədə iştirak edən deputatlardan 190 nəfəri A.Berseni dəstəkləyib. O, 1 yanvar 2018-ci ildən etibarən prezident səlahiyyətlərinin icrasına başlayacaq. İsveçrədə prezident Nazirlər Kabinetinin – Federal Şuranın tərkibindən 1 il müddətinə seçilir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR