​İranda geyim qaydalarını pozan qadınlar

İranda geyim qaydalarını pozan qadınlar bundan sonra cəzalandırılmayacaq.

Metbuat.az-ın məlumatına görə, Tehran şəhərinin polis rəisi Hüseyn Rəhimi "Assoşeyted Press" agentliyinə açıqlamasında bildirib ki, ölkədə Islam İnqilabından sonra tətbiq olunmuş qadağa ləğv edilib və geyim qaydalarına əməl etməyənlər xüsusi mərkəzlərə aparılmayacaq.

Onlara qarşı cinayət işi də açılmayacaq. Lakin qaydaları sistematik şəkildə pozan zərif cinsin nümayəndələri polis idarələrində məruzələrə qulaq asmalı olacaqlar.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR