Məşhur teleaparıcı alt paltarını başına geyindi - FOTO

Məşhur teleaparıcı alt paltarını başına geyindi - FOTO
10:22 10 Yanvar 2015
220 Dünya
Ölkə mətbuatı
A- A+

Öykü Serter yenə geyimi ilə təəccübləndirdi
Türkiyənin ən çox izlənən televiziya proqramlarından birində aparıcılıq edən Öykü Serter yenə geyimi ilə məsxərə obyekti olub.

Anspress-in məlumatına görə, Türkiyənin “Show TV” telekanalında yayımlanan “Bu tarz benim” (“Bu tərz mənim”) yarışmasının aparıcısı Öykü Serter sosial şəbəkədə paylaşdığı fotoşəkillə izləyicilərini heyrətləndirib.

Məşhur teleaparıcı İnstagram hesabında başına alt paltarını keçirərək çəkdirdiyi fotoşəkli paylaşıb. Kompleksdən uzaq olan Serterin bu cəsarətli addımı yeddi mindən çox izləyici tərəfindən bəyənilib.

Teleaparıcı olmaqla yanaşı, üzgüçülük üzrə Türkiyə millisinin üzvü olan Öykü sosial şəbəkədəki çılğınlığı ilə diqqət mərkəzində olmağı bacarır.

Xatırladaq ki, o, 3 ay əvvəl aparıcılıq etdiyi proqramda sinə hissəsi alt paltarı formasında olan geyimi ilə mediada səs-küy yaratmışdı.

Aparıcının sözügedən fotoşəklini təqdim edirik:

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR