ABŞ-da yolların buz bağlaması 150 maşının toqquşmasına səbəb olub

ABŞ-da yolların buz bağlaması 150 maşının toqquşmasına səbəb olub
10:32 10 Yanvar 2015
127 Dünya
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 10:28 ]

Bakı – APA. ABŞ-da yolların buz bağlaması səbəbindən 150 maşın toqquşub.

APA-nın NBS News-a istinadən verdiyi məlumata görə, Miçiqan ştatında baş vermiş hadisə nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

 

Toqquşan avtomobillərin arasında petardaları daşıyan yük maşını olub. İçərisində qarışqa turşusu olan qabları daşıyan digər yük avtomobili ilə toqquşma nəticəsində həmin maşında olan pirotexniki vasitələr partlamağa başlayıb. Bu isə yanğına səbəb olub. Sonradan yanğın digər avtomobillərə keçib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR