Atəşkəs düşmən tərəfindən 40732 dəfə pozulub - İl ərzində

2017-ci il ərzində erməni silahlı bölmələri atəşkəs rejimini 40 732 dəfə pozub.

Metbuat.az-ın Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulma halı daha çox avqust ayında qeydə alınıb.

Düşmən yanvarda 1063, fevralda 1266, martda 3964, apreldə 3592, mayda 3756, iyunda 3883, iyulda 4065, avqustda 4093, sentyabrda 3802, oktyabrda 3519, noyabrda 3722, dekabrda isə 4007 dəfə cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar və qumbaraatanlardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, GöygölAğstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

İl ərzində bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR