Bir ildə 59 hərbi qulluqçu ölüb - İllik statistika

2017-ci ilin yanvar ayından 27 noyabr tarixinədək Ermənistan və işğal edilmiş Dağlıq Qarabağ ərazisində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrinin tərkibində 59 ölüm hadisəsi baş verib.

9 ay ərzində Ermənistan ordusunda baş verən ölüm hadisələri ilə bağlı hesabatlarda 47 ölüm hadisəsi qeydə alınıb. Daha 12 hadisə isə oktyabr, noyabr və dekabr aylarında baş verib.

Son 3 ayın məlumatlarına görə, baş verən 12 ölüm hadisəsindən cəmi 2-si təxribata cəhd edərəkən baş verib.

Digər 10 ölüm hadisəsində isə, 3 hərbi qulluqçu mina partlayışı nəticəsində , 2 hərbi qulluqçu digər əsgər yoldaşı tərəfindən odlu silahdan açılan atəş nəticəsində, 2 hərbi qulluqçu avtomobil qəzası nəticəsində, 1 hərbi qulluqçu qəfl, 1 hərbi qulluqçu anbarda baş verən partlayış nəticəsində, 1 hərbi qulluqçu özünəqəsd nəticəsində ölüb.

Aşağıda son 12 ölüm hadisəsi göstərilib:

- 10 oktyabr saat 11:00 radələrində Ermənistan ordusunun müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Çaplin Armeni Marqaryan atəşkəs rejiminin pozulması nəticəsində sinə nahiyyəsində odlu silah yarası ilə hospitala təxliyyə edilib və saat 21:00 radələrində hospitalda ölüb.

- 19 oktyabr saat 15:50 radələrində Ermənistan ordusunun müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Tiqran Armeni Xaçatryan təxribata cəhd edərkən çiyin nahiyyəsində aldığı odlu silah yarasından ölüb.

- 20 oktyabr saat 12:40 radələrində işğal altında olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmənin müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Aram Sirekani Xaçatryan əsgər yoldaşı tərəfindən sag çiyin nahiyyəsindən aldığı odlu silah yarasından ölüb.

- 20 oktyabr saat 17:20 radələrində işğal altında olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmənin müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Hraç Ararati Avetisyan ona təhkim edilmiş avtomat silahdan əsgər yoldaşı tərəfindən alın nahiyyəsinə açılmış odlu silah yarasından ölüb.

- 4 noyabr saat 12:10 radələrində işğal altında olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmənin anbarında təsərrüfat işləri apararkən mina partlayışı nəticəsində müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Hrant Xaçaturi Manqasaryan ölüb.

- 21 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrin birində mina partlaması nəticəsində 1995-ci il təvəllüdlü leytenant Qeğam Koryuni Zakaryan ölüb;

- 21 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrin birində mina partlaması nəticəsində 1998-ci il təvəllüdlü Sarkis Qurqeni Abrahamyan ölüb;

- 21 noyabrda işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrədən birində mina partlaması nəticəsində 1997-ci il təvəllüdlü Sarkis Mheri Məlikyan ölüb;

- 22 noyabr Syunik vilayətində Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusunun meyiti aşkarlanıb. Onun avtomobil qəzası zamanı öldüyü müəyyən edilib. Ölən hərbi qulluqçu 1993-cü il təvəllüdlü Vayots Dzor vilayətinin Zaritap kənd sakini Tatul Tadevosyandır.

- 23 noyabr saat 08:00 radələrində Ermənistan müdafiə nazirliyinin hərbi hissəsinin müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Qevorq Samveli Xanamiryan idarə etdiyi "UAZ" markalı avtomobillə qəza törədib və təxliyyə edildiyi hospitalda saat 12:00 radələrində ölüb.

- 24 noyabr saat 09:30 radələrində Ermənistan müdafiə nazirliyinin Vanadzorda yerləşən hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu Qarnik Borisi Petrosyan sinə nahiyyəsindən ağrılarla bağlı hərbi hissənin tibb məntəqəsinə müraciət edib, 24 noyabr saat 09:55-də hospitala təxliyyə edilərkən yolda ölüb. Onun, ürək damar infaktından öldüyü bildirilib.

- 11 dekabr saat 19:30 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində erməni əsgər öz xidmət yoldaşını güllələyib. Açılan atəş nəticəsində 1996-cı il təvəllüdlü Narek Marzpetuni Adibekyan ölüb.

Araşdırmalara görə, cari ilin 12 ayı ərzində qeydə alınan 59 ölüm hadisəsindən 39 nəfər müddətli xidmət hərbi qulluqçuları olub. 55 hadisə haqqında rəsmi məlumat verilib, 4 hadisə barədə yalnız kütləvi informasiya vasitələri ilə məlumat yayılıb. 12 ay ərzində baş verən hadisələrin böyük hissəsi, yəni 36 hadisə işğal altında olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmələrin tərkibində baş verib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə Ermənistan silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR