Beyl "Mançester Yunayted"ə keçir

Beyl "Mançester Yunayted"ə keçir
10:34 10 Yanvar 2015
188 İdman
Ölkə mətbuatı
A- A+

“Real Madrid” və Uels millisinin üzvü Qaret Beylin İngiltərənin “Mançester Yunayted” klubuna keçəcəyi iddia olunub. Lent.az-ın hüriyyet.com.tr-yə istinadən məlumatına görə,  kral klubu "qırmızı şeytanlar"ın Beyl üçün 150 milyon dolarlıq təklifini qəbul etdiyi bildirilib.

Transferin bu sezonun sonunda reallaşacağı bildirilir. “Real Madrid” transferdən əldə edəcəyi pulla Marco Reusu, onun ardınca isə qapıçı De Hea heyətinə qatacağı iddia edilib.

 

Qeyd edək ki, Qaret Beyl 2013-cü ildə 100 milyon avro qarşılığında “Real Madrid” klubunu transfer olunub. Bu da dünya futbol tarixinin ən bahalı transferidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR