Dünyanın ən bahalı transferi gerçəkləşə bilər

Dünyanın ən bahalı transferi gerçəkləşə bilər
10:51 10 Yanvar 2015
255 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən bahalı transferi gerçəkləşə bilər.

ANS PRESS-in məluçatın agörə, "Real Madrid" "Mançester Yunayted"in Qaret Beyl üçün təklif etdiyi 150 milyon funt sterlinqlik təklifini qəbul edib.

İngiltərənin "Metro" qəzetinin iddiasına görə, Luis Van Qalın göstərişinə əsasən, "Mançester Yunayted" "Real"ın ulduz futbolçusu üçün rədd edilməsi çətin bir təklif edib. Son dövrdə oynanan pis futboldan narahat olan Ançelotti isə təklifə müsbət cavab verilməsini istəyib.

"Real Madrid" rəhbərliyinin futbolçunun satışına razılıq verəcəyi gözlənilir. Transferin mövsümün sonunda reallaşacağı gözlənilir. "Kral Klubu" transferdən əldə edəcəyi pulla Marko Reyusu və "M. Yunayted"in qapıçısı David De Xeyanı heyətinə qatacaq.

Qeyd edək ki, uelsli ulduz 2013-ci ildə 100 milyon avro müqabilində "Real Madrid"ə imza atıb. Beyl hazırda dünya futbol tarixinin ən bahalı futbolçusudur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=318846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR