Bakıda havanın qarlı keçməsi ilə əlaqədar təcili tibbi yardım stansiyasına 13 müraciət daxil olub

10:57 10 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 10:55 ]


Bakı. Könül Kamilqızı – APA. Ötən sutka ərzində havanın qarlı keçməsi ilə əlaqədar təcili tibbi yardım stansiyasına 13 müraciət daxil olub.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, müraciət edənlər küçədə yıxılma nəticəsində müxtəlif zədələr alıblar.

 

Z. Vahidova qeyd edib ki, 3 nəfərə yerində yardım göstərilib, 10 nəfər xəstəxanaya yerləşdirilib: “Xəsarət alanlardan 9-u qadın, 4-ü kişidir. 10 nəfərdən 6 nəfər Travmatologiya ve Ortopediya Elmi-Tədqiqat İnstitutuna, 2 nəfər Klinik Tibbi Mərkəzə, 1 nəfər Sabunçu Xəstəxanasına, 1 nəfər isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərinin vəziyyəti ağır olub, onlar kəllə-beyin travması alıb. Onlardan biri 10 yaşlı uşaqdır. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR