Ötən sutka ərzində Bakıda dəm qazından zəhərlənmə ilə bağlı təcili yardım stansiyasına 16 müraciət daxil olub

11:12 10 Yanvar 2015
200 Digər
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 11:09 ]


Bakı. Könül Kamilqızı – APA. Ötən sutka ərzində Bakıda dəm qazından zəhərlənmə ilə bağlı təcili yardım stansiyasına 16 müraciət daxil olub.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, dəm qazı zəhərlənməsi diaqnozu ilə 9 nəfər xəstəxanaya yerləşdirilib, 3 nəfərə yerində yardım edilib. Ötən gün dəm qazından zəhərlənmə nəticəsində 3 ölüm baş verib. Bu, Binə qəsəbəsi Südçülük sovxozunda qeydə alınan ana və iki övladının ölümü hadisəsidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR