Ölkəmiz yalnız Braziliyadan geri qaldı

Ölkəmiz yalnız Braziliyadan geri qaldı
11:12 10 Yanvar 2015
169 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə PTT 1-ci Liqasının ilk dövrəsində meydana çıxmış futbolçularla bağlı statistik məqamlar açıqlanıb. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, qardaş ölkənin bu çempionatında klubların heyətində ən çox legionerlə təmsil olunan Braziliyadır.

Sözügedən ölkədən 8 futbolçu PTT 1-ci liqa klublarında oyun keçirib. İkinci yerdə isə Azərbaycan gedir. Ölkəmizdən 6 futbolçu bu birinciliyin oyunlarında iştirak hüququ qazanıb.

Bolqarıstan, Kamerun, Nigeriya və Serbiya isə hərəyə 4 oyunçuyla üçüncü pilləni bölüşürlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR